Suriya internetsiz qaldı

Suriya internetsiz qaldı
  08 May 2013    Oxunub:1201
Suriyanın bəzi rayonlarında internet və beynəlxalq əlaqə kəsilib.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Suriyada mayın 7-də gecə internet və mobil telefon əlaqəsi kəsilib.

İnternetin kəsilməsinə fiber-optik kabelin zədələnməsi səbəb olub. Hazırda təmir briqadası problemi həll etmək üçün işləyir.

Syria-news xəbər portalı bildirib ki, şəhərlərin əksəriyyətində mobil əlaqə kəsilib.

Suriyada eyni cür hadisə ilk dəfə baş vermir. 2012-ci ilin noyabrında ölkədə internet kəsilmiş və iki gündən sonra təmir edilmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti