Tamaşada əsas rolları xalq artistləri Bəsti Cəfərova, Hacı İsmayılov, əməkdar artistlər Tofiq Hüseynov, Şəlalə Şahvələdqızı, Aslan Şirinov, Məsmə Aslanqızı, aktyorlar Vüsal Mustafayev, Ləman İmanova, Əminə Babayeva və başqaları ifa ediblər.
Satirik əsərdəki hadisələr partiyadaxili münaqişələrin baş alıb getdiyi ölkəyə yeni baş nazir təyin olunması ilə başlayır. Əvvəllər kasıb yaşamış nazirin xanımı ərinin yeni vəzifəsindən xoşhallanaraq bütün nazirliyi özü idarə etməyə başlayır. Kimisini işə düzəldib, kimini işdən çıxaran nazir xanımı beləcə özü də bilmədən ərinin işinə əngəl törədir.
Bu satirik əsəri Azərbaycanda ilk dəfə 1970-ci ildə görkəmli rejissor Tofiq Kazımov səhnələşdirib.
FOTOLAR: Nuron Məmmədov