ABŞ Suriyaya 100 milyon dollar yardım ayırdı

ABŞ Suriyaya 100 milyon dollar yardım ayırdı
  09 May 2013    Oxunub:1105
Obama administrasiyası Suriyaya 100 milyon dollar dəyərində yeni yardım ayırıb.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-ın Suriya üsyançılarına ayırdığı yardım humanitar məqsədlər üçün istifadə olunacaq.

Humanitar yardım ABŞ, İordaniya və başqa dövlətlərin zərər çəkən vətəndaşları daxil olmaqla 1,4 milyon Suriya üsyançısına kömək üçün nəzərdə tutulub. Suriyada davam edən iki illik vətəndaş müharibəsi ərzində ABŞ Suriyaya ümumilikdə 510 milyon dollar yardım göstərib.

AzVision.az


Teqlər:





Xəbər lenti