Moskva narahatdır

Moskva narahatdır
  09 May 2013    Oxunub:1435
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında maraqlı məsələyə toxunub.
Ölkənin cənub sərhədlərinin qorunması məsələsinə toxunan dövlət başçısı Əfqanıstan üzərində xüsusilə dayanıb. Bu ölkədə baş verənlərin dolayısı ilə milli təhlükəsizlik məsələsi olduğunu deyən Putin Amerika Birləşmiş Ştatlarının gücsüzlüyünə diqqət çəkib.

O, bildirib ki, NATO və Amerika əsgərlərinin terror və narkotiklərlə mübarizədə zəifliyi Moskvanı narahat etməyə bilməz. Prezidentin sözlərinə görə müttəfiqlərin bacarıqsızlığı silah və narkotik alverçilərini bir qədər də qorxmaz və güclü edib. Putin Əfqanıstanda yaxın illərdə xaosun daha da dərinləşəcəyini proqnozlaşdıraraq Kremlin istənilən ssenariyə hazır olduğunu vurğulayıb.


Teqlər:  





Xəbər lenti