Məscidə giriş qadağan edildi

Məscidə giriş qadağan edildi
  09 May 2013    Oxunub:1286
Qüdsdə gərginlik ən son həddə çatıb.
İsrail əsgərləri "Qüds günü" münasibətilə fələstinli müsəlmanların "Əl-Əksa" məscidinə girişinə icazə verməyib. Məscidə girə bilməyən fələstinli müsəlmanlar "Əl-Əksa"nın giriş qapılarının ağzında namaz qılmaqla İsrail hökumətinə etirazını bildirib.

"Əl-Əksa" ətrafındakı gərgin vəziyyətə dair bəyanat verən Qüds müftisi Şeyx Məhəmməd Hüseyn isə səhər saatlarında İsrail əsgərləri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

6 saat müstəntiqlər tərəfindən dindirilən din xadimi sonradan sərbəst buraxılıb. Onun həbsinə gorə İordaniya parlamenti İsrail səfirinin ölkədən qovulmasını istəyib.

Fələstin prezidenti Mahmud Abbas isə şeyxin azad olunmasını tələb edib. İndi yəhudi gənclər "Əl-Əksa" ətrafında "Qüds günü"nü qeyd edir. Toplu halda müqəddəs yerin kənarlarında dolaşan israillilər ucadan mahnı oxuyur, bayram keçirdirlər.


Teqlər:  





Xəbər lenti