Davudoğlu Con Kerriyə zəng etdi

Davudoğlu Con Kerriyə zəng etdi
  09 May 2013    Oxunub:1239
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ın dövlət katibi Con Kerri ilə telefonla danışıb.
AzVision.az Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir ki, diplomatik qaynaqlardan əldə edilən məlumatlara görə, Türkiyə-Bosniya və Herseqovina-Serbiya xarici işlər nazirlərinin üçtərəfli məsləhət iclasına qatılmaq üçün Sarayevoda səfərdə olan Davudoğlu axşam saatlarında Con Kerri ilə söhbət edib.

Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov ilə keçirdiyi görüşlərdən danışan Con Kerri, xüsusən də Suriya məsələsi ilə bağlı tələb və təkliflərin irəli sürüldüyünü vurğuladı.

Davudoğlu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın gələn həftə Vaşinqtona edəcəyi səfər əsnasında Suriya məsələsi ilə bağlı görüşlər keçirəcəyini, Suriya mövzusunu təfərrüatı ilə gündəmdə saxlayacağını, ədalətli qərarlar qəbul ediləcəyinə nail olacağını dilə gətirib.

Mirvari




Teqlər:  





Xəbər lenti