Prezidentin çıxışı zamanı nazir yatdı – VİDEO

Prezidentin çıxışı zamanı nazir yatdı – VİDEO
  09 May 2013    Oxunub:1270
Çexiyada siyasi qalmaqal yaşanıb.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Çexiyanın xarici işlər naziri Karel Şvarsenberq prezident Miloş Zemanın parlamentdə çıxışı zamanı yatıb. Prezident çıxışı zamanı Çexiyanın xarici siyasətindəki əsas məsələlərdən danışırmış. Amma prezidentin arxasında gizlicə yatan nazir, yeni səfirlərin təyinatı haqqında ona ünvanlanan tənqidi eşitmir.

Prezident arxaya çevrilərkən naziri gördükdə auditoriyada gülüş yaranır. Şvarsenberqə etiraz əlaməti olaraq, müxalifət partiyasının üzvləri zalı tərk edirlər.



AzVision.az


Teqlər:  





Xəbər lenti