“Türkiyədəki səs yarışlarına qatılacam” – Şəbnəm Tapdıq
“Özümü kənarda da sınamaq istəyirəm. Mənim fransız dilində oxuduğum mahnıları Rusiyada ayaqüstə alqışlayırdılar. 1989-cu ildə Ankarada Türkiyənin keçmiş mədəniyyət naziri Namiq Kamal Zeybək məni dinlədi və orkestrlə birlikdə mənə bir proqram hazırladılar. Xalq mahnıları ilə yanaşı, türk nəğməsi də oxudum, çox gözəl qarşıladılar. Mənə dedilər ki, qal burada işlə”.
Ş.Tapdıq bunun üçün indi də gec olmadığını və hazırda qardaş ölkədə yayımlanan səs yarışmalarında iştirak edə biləcəyini də deyib:
“Ola bilsin ki, Türkiyədəki səs yarışlarına qatıldım. Gedib özümü göstərim, bilsinlər ki, belə bir ifaçı da var”.
Qeyd edək ki, “Günaydın” həftə içi hər gün saat 14:25-də yayımlanır.
Teqlər: