Dünya bankomatlarından 45 milyon dollar oğurlandı

Dünya bankomatlarından 45 milyon dollar oğurlandı
  10 May 2013    Oxunub:1280
Bankomatlardan 45 milyon oğurlanıb
AzVision.az-ın qərb mətbuatına istinadən verdiyi məlumata görə, Nyu-York prokurorluğu bildirib ki, artıq yeddi nəfər şübhəli şəxs tutulub. Onlar 26 ölkənin debit kartları vasitəsilə bankomatlara kiberhücum ediblər. Ehtimal olunur ki, səkkizinci şübhəli şəxs aprel ayında öldürülüb.

Hakerlər saxta kartlarla BƏƏ və Omanda yerləşən bankları hədəfə alıblar. Yaponiya, Kanada, İngiltərə, Rumıniya və digər 12 ölkənin hüquq-mühafizə orqanları kiberhücumla bağlı təhqiqat işi aparır.

AzVision.az


Teqlər:  





Xəbər lenti