Merkelin Əfqanıstana gözlənilməz səfəri

Merkelin Əfqanıstana gözlənilməz səfəri
  10 May 2013    Oxunub:1366
Almaniya kansleri Ancela Merkel gözlənilmədən Əfqanıstana səfər edib.
AzVision.az-ın xarici mətbuatına istinadən verdiyi məlumata görə, Almaniya kansleri Ancela Merkelin Əfqanıstana səfərinin məqsədi NATO-nun tərkibindəki sülhməramlı alman qüvvələri ilə görüşmək olub.

Merkeli Almaniyanın müdafiə naziri Tomas de Mezyer müşayiət edib. Onlar alman əsgərlərinin yerləşdiyi Məzari-Şərif şəhərində olublar.

Almaniya ABŞ və İngiltərədən sonra sayına görə Əfqanıstanda ən çox qoşun yerləşdirən üçüncü ölkədir. Ölkənin hazırda Əfqanıstanda 4200 əsgəri vardır. Onlar NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin tərkibində xidmət edir.

AzVision.az


Teqlər:





Xəbər lenti