Gürcüstan marixuanaya icazə verir

Gürcüstan marixuanaya icazə verir
  10 May 2013    Oxunub:1553
Gürcüstanın Səhiyyə naziri ölkədə marixuana istifadəsinin qanuniləşə biləcəyini deyib.
Gürcüstan hökuməti marixuana satışına və istifadəsinə icazə verməyə hazırlaşır. Ölkənin Əmək, Səhiyyə və Sosial müdafiə naziri David Sergeyenko hesab edir ki, narkotiklərə qadağa çox zaman əks təsir göstərir.

“Narkotiklərlə mübarizə sahəsində çox zaman qadağalar “rikoşeta effekti”, yəni başqa sahələrin güclənməsi və inkişafı ilə müşahidə olunur. Bu məsələ olduqca mühüm və strateji əhəmiyyət daşıyır. Marixuana satışının qanuniləşməsi də buraya daxildir”.

Hazırda müzakirələrin davam etdiyini deyən Sergeyenko məsələnin tezliklə həll edilməyəcəyini, bunun üçün müəyyən zaman kəsiyinin lazım olduğunu vurğulayıb.


Teqlər:  





Xəbər lenti