ABŞ Əfqanıstanda hərbi baza saxlamayacaq

ABŞ Əfqanıstanda hərbi baza saxlamayacaq
  11 May 2013    Oxunub:1336
Bunu Ağ Evin rəsmi nümayəndəsi Cey Karni bəyan edib
ABŞ Əfqanıstandan öz qoşunlarını çıxardıqdan sonra daimi hərbi bazalar saxlamaq niyyətində deyil. Bunu Ağ Evin rəsmi nümayəndəsi Cey Karni bəyan edib. «ABŞ-ın 2014-cü ildən sonra Əfqanıstanda olması yalnız həmin ölkə hökumətinin dəvəti ilə ola bilər»-deyə Karni qeyd edib.

Dövlət departamentinin nümayəndəsi Patrik Ventrel isə ötən gün keçirdiyi brifinqdə bildirib ki, qoşunların çıxarılmasından sonra amerikalılara Əfqanıstanda daimi bazalar lazım deyil.

Əfqanıstan prezidenti Həmid Kərzai isə deyib ki, rəsmi Vaşinqton təhlükəsizlik haqqında iktərəfli razılaşmanın imzalanması üçün şərt kimi ölkədə 9 daimi hərbi baza saxlamağı tələb edir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti