Türkiyə Suriyada kimyəvi silah tətbiqini sübut etdi

Türkiyə Suriyada kimyəvi silah tətbiqini sübut etdi
  11 May 2013    Oxunub:1414
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ mediasına bildirib ki, onun əlində Suriyanın müxalifət qüvvələrinə qarşı kimyəvi silahdan istifadə etməsini təsdiq edəcək dəlillər vardır.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan aşkar etdiyi raket qalıqlarını və suriyalı xəstələrin kimyəvi silah nətcəsində aldığı yaraları dəlil kimi göstərib.

ABŞ-ın dövlət katibi Con Kerri, Suriyada qarşı tərəfə qarşı kimyəvi qazdan istifadə olunmasını təsdiq edən dəlillərə artıq inandığını söyləyib.

Ağ Ev əvvəllər Suriyada kimyəvi silah tətbiqində tərəddüd edirdi. Keçən ay ABŞ prezidenti Barak Obama bildirmişdi ki, hadisələr “qırmızı xətti” keçdiyi üçün Suriyaya müdaxilə edilə bilər, amma mövcud kəşfiyyatın əlində onu sübut edəcək kifayət qədər dəlillər yox idi.

AzVision.az


Teqlər:





Xəbər lenti