ABŞ və ATƏT Qarabağı müzakirə edib

ABŞ və ATƏT Qarabağı müzakirə edib
  11 May 2013    Oxunub:1414
ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna xarici işlər naziri Leonid Kojara ABŞ Dövlət Departamentinin baş katibi Con Kerri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Görüş zamanı Con Kerri Ukraynanı regionda ATƏT-in vacib tərəfdarı kimi gördüyünü və Ukraynanın 2013-cü ildə sədrliyi dövründə prioritetlərin reallaşdırılması üçün siyasi və praktiki yardımlar etməyə hazır olduqlarını qeyd edib.

Bu kontekstdə ABŞ Dövlət Departamentinin baş katibi Con Kerri və ATƏT sədri Leonid Kojara ayrıca olaraq dondurulmuş münaqişələrə toxunublar.

Qeyd edək ki, tərəflər görüş zamanı Ukraynanın Avropa Birliyi ilə demokratiya və hüquqların aliliyi prinsiplərinin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi, Ukraynanın Avropaya inteqrasiya kursu, Ukraynanın ABŞ ilə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair məsələləri də müzakirə ediblər.

Ukrayna xarici işlər naziri Leonid Kojara Con Kerrini strateji tərəfdaşlıq komissiyasının növbəti iclasının xarici işlər nazirləri səviyyəsində keçirmək üçün Kiyevə dəvət edib. (ans)


Teqlər:  





Xəbər lenti