Günəşdə `dəlik` yaranıb – FOTO

Günəşdə `dəlik` yaranıb – FOTO
  05 Yanvar 2015    Oxunub:3017
NASA-nın astronomları unikal hadisə – Günəş səthindəki koronal dəlik müşahidə ediblər.

Koronal dəliklər – Günəşin maqnit sahəsinin xəttlərinin qapandığı zonalardır. Həmin sahələrdə plazma Günəşətrafı məkanda qalmır və kosmosa yayılır. Nəticədə plazmanın sıxlığı və temperaturu aşağı düşür. Beləcə, rentgen diapazonunda qara ləkə kimi görünən koronal dəlik yaranır.

NASA ilk dəfə bu hadisənin fotosunu 1973-cü ildə çəkmişdi. Koronal dəliyin forması daim dəyişsə də, özü 5 ilədək qala bilir.

Koronal dəliklər – `kosmik havaya` təsir göstərən amildir. Oradan çıxan plazma günəş küləyini əmələ gətirir. Bu, Yerin maqnit sahəsinə də təsir göstərir.

Tariyel
AzVision.az




Teqlər:





Xəbər lenti