Netanyahu dəbdəbəli çarpayıdan imtina etdi

Netanyahu dəbdəbəli çarpayıdan imtina etdi
  13 May 2013    Oxunub:1316
İsrailin baş naziri Benjamin Netanyahu qısa uçuşlar zamanı təyyarədə dəbdəbəli çarpayıdan imtina edib.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu qərarı İsrailin baş naziri ictimaiyyətin təzyiqi altında qəbul edib.

İsrail KİV-i məlumat verib ki, Marqaret Tetçerin dəfni üçün Londona beş saatlıq uçuş zamanı baş nazir 130 min dollarlıq çarpayıdan istifadə edib.

B.Netanyahunun nümayəndəsi bildirib ki, baş nazir çarpayının dəyərindən bixəbər olub və gələcək reyslər zamanı heç bir yataq bölməsinin olmayacağına söz verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti