Lukaşenko Ermənistana getdi

Lukaşenko Ermənistana getdi
  13 May 2013    Oxunub:1476
Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistana rəsmi səfər edib.
AzVision.az-ın Ermənistan informasiya vasitələrinə istinadən məlumatına görə, səfər zamanı Lukaşenkonu böyük nümayəndə heyəti müşayiət edəcək. Onların tərkibində nazirlər, dövlət rəsmiləri, eləcə də iş adamları var.

Bu gün Belarus dövlət başçısının Ermənistan Prezidenti Serj Sərkisyanla görüşü keçiriləcək.

Görüç zamanı beynəlxalq təşkilatların vasitəçiliyi ilə iki ölkə arasındakı qarşılıqlı münasibətlər müzakirə ediləcək. İikitərəfli ticarət əlaqələri, iqtisadi münasibətlərin inkişafı ,eləcə də müştərək layihələrin müzakirəsi görüşün əsas gündəmini təşkil edəcək.

Görüşün yekununda bir sıra mühüm sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, 2012-ci ildə Ermənistanla Belarus arasındakı ticarət dövriyyəsi 46.1 milyon dollar təşkil edib. Belarus Ermənistana əsasən şin, yük avtomobilləri ,traktor, neft məhsulları, kağız və kərə yağı ixrac edir.

Qeyd edək ki, mayın 14-də Lukaşenko erməni dostu Qaqik Tsarukyanın maliyyə vəsaiti hesabına Abovyanda tikilmiş Surb Ovanes kilsəsinin açılışında iştirak edəcək.

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti