Rusiyada dollara qadağa qoyulacaq

Rusiyada dollara qadağa qoyulacaq
  13 May 2013    Oxunub:1309
Rusiyanın Liberal-Demokratik Partiyasının deputatı Mixail Deqtyarev ABŞ dollarının Rusiya ərazisində dövriyyəsinin qadağan olunmasını təklif edib.
AzVision.az Rusiya mətbuatına istinadən məlumat verib ki, Mixail Deqtyarevin hazırladığı qanun layihəsinə görə, dolların valyuta kursunun kəskin düşməsi rusiyalıları maliyyə böhranından qurtarmağa kömək edəcək. Bu halda, məhdudiyyət avro, funt sterlinq, yuan kimi digər valyutalara təsir etməməlidir.

“Əgər ABŞ-ın dövlət borcu artsa, onda dollar sistemi 2017-ci ildə iflas edəcək. Bu vəziyyətdən dollar asılılığında olan ölkələr zərər çəkəcək” - Deqtyarev bildirib.

Onun sözlərinə görə, əgər sənəd indi qəbul edilməsə, onda yaxın beş il ərzində dövlət dollar əmanəti olan rusiyalılara yardım göstərməli olacaq. Deputatın fikrincə, qanun layihəsinin qəbulu həmçinin milli məzənnənin nüfuzunu artıracaq və rusiyalıların dollardan asılılığını azaltmağa kömək edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti