İsrail ilə Rusiya Suriyanı müzakirə edir

İsrail ilə Rusiya Suriyanı müzakirə edir
  14 May 2013    Oxunub:1209
Rusiya prezidenti Vladimir Putin ilə İsrailin baş naziri Benjamin Netanyahu arasında baş tutan danışıqlar Suriya münaqişəsinə yönəlib.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya İsrailin Suriyaya hava hücumu etməsindən narahat olduğu halda, İsrail Rusiya silahlarının Dəməşqdə yerləşdirilməsindən narahatlıq keçirir.

Kremlin bildirib ki, danışıqlarda əsasən Yaxın Şərqdəki vəziyyətə, xüsusilə, Suriyaya toxunulacaq. Moskva diplomatik səylər göstərərək münaqişəyə son qoymaq niyyətindədir.

Netanyahu Rusiyanın Suriyanın silahla təchizatını dayandırmasını gözləyir. Bu yaxınlarda Rusiya Suriyanı havadan müdafiə raketləri və artilleriya sistemləri ilə təmin edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti