Marneulidə daşqın: Həmyerlilərimizin evini su basıb

Marneulidə daşqın: Həmyerlilərimizin evini su basıb
  14 May 2013    Oxunub:1326
Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Daştəpə kəndi daşqına məruz qalıb.
Daşqın nəticəsində çoxsaylı evi su basıb, əsas məşğuliyyəti əkinçilik olan kənd sakinlərinin 3 hektara yaxın əkin sahəsi su altında qalıb. Son günlər Gürcüstan ərazisində yağan aramsız yağışlar səbəbilə Debede çayının səviyyəsi qalxıb və nəticədə dünən gecə saatlarında məcrasından çıxan çay bəndi dağıdıb və nəticədə sel ətraf ərazilərə yayılıb.

Sakinlərin sözlərinə görə bütün ehtiyat ərzaq məhsulları məhv olub, xeyli sayda ev heyvanları tələf olub. Evlərin divarları çatlayıb.

Səhər saatlarında kəndin bələdiyyə orqanının işçiləri hadisə yerinə cəlb olunub. Təbii fəlakətlə bağlı komissiya yaradılıb, ümimilikdə dəymiş ziyanın həcmi hesablanır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti