Ərdoğan ABŞ-a gedib

Ərdoğan ABŞ-a gedib
  15 May 2013    Oxunub:1316
Suriya xalqını sevirik, amma...
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan ABŞ-a rəsmi səfərə gedib.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, səfər öncəsi keçirdiyi mətbuat konfransında Ərdoğan Reyhanlıda baş verən terror aktları ilə bağlı danışıb. O, Türkiyə kəşfiyyatının bu işdə zəif olması ilə bağlı söylənilən fikirlərlə razı olmadığını bildirib.

Ərdoğan hadisələrlə bağlı 13 nəfər həbs olunduğunu xatırladıb ,əllərində daha çox məlumatlar olduğunu və geri qayıdandan sonra çox şeyin dəyişəcəyini diqqətə çatdırıb.

Baş nazir həmçinin, Şam şəhərində leqal hökümətin fəaliyyət göstərmədiyini, Suriya hökümətinin xalqıyla mübarizə aparacaq qədər düşdüyünü vurğulayıb.
Ərdoğan, suriya xalqını sevdiklərini, ölkədəki rejimi dəstəkləmədiyini dilə gətirib:
“Biz Suriya xalqını sevirik. Ona görə də, Suriya ilə insanı davranışlarımız pozulmayacaq”.-deyə o bildirib.

Suriya probleminin həll olunması üçün ABŞ-a səfərini vacib səfər kimi qiymətləndirən Ərdoğan, Suriya rejiminə qarşı vacib qərarların qəbul olunacağına inandığını dilə gətirib.

Mirvari



Teqlər:  





Xəbər lenti