Dəmir Yolu işçisini elektrik vurub

 Dəmir Yolu işçisini elektrik vurub
  15 May 2013    Oxunub:1917
Tovuz sakini Ələsgərov Mehman Yahya oğlu elektrik vurması nəticəsində ölüb
Şəmkir rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən saat 11:30-da Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisindəki dəmir yolu xəttinin üzərindən keçən yüksək gərginlikli elektrik xəttində Azərbaycan Respublikası Dəmir Yolları QSC- nin İnfrastruktur Departamentinin 5 nömrəli müəssisəsinin elektrik təchizatı sahəsinin işçiləri təmir işləri aparıblar. Bu zaman elektrik mantyoru 43 yaşlı Tovuz şəhər sakini Ələsgərov Mehman Yahya oğlu elektrik vurması nəticəsində ölüb.


Teqlər:  





Xəbər lenti