Büdcəyə 7.3 milyard avro əlavə vəsait ayrılacaq

Büdcəyə 7.3 milyard avro əlavə vəsait ayrılacaq
  15 May 2013    Oxunub:1226
Bu il Aİ -nin büdcəsi təxminən 11.2 milyard avro təşkil edir.
Avropa İttifaqı ölkələrinin maliyyə nazirləri bu il qurumun büdcəsinə əlavə 7.3 milyard avro ayrılması barədə razılığa gəliblər. Ekspertlər hesab edir ki, məhz bu addımdan sonra Avro-parlament yay tətilinə kimi 2014-2020-ci il büdcə layihəsini təsdiqləməyə razılaşa bilər.

Xatırladaq ki, bu ilin martında Avroparlament Brüsseldə Avropa İttifaqının sammitində təsdiqlənən büdcə layihəsini qəbul etməkdən imtina edib.

Bu arada Avropa Komissiyasının məlumatına əsasən, bu il Avropa İttifaqının büdcəsi 11.2 milyard avroya çatmır. Bu isə aşağı göstərici hesab edilir.

Səbinə Həsənova
AzVision.az





Teqlər:





Xəbər lenti