Rusiya Çindən H7N9 virusunun ştamını aldı

Rusiya Çindən H7N9 virusunun ştamını aldı
  15 May 2013    Oxunub:1211
Çinli ekspertlər rusiyalı həmkarlarına H7N9 virusunun ştamını verib.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, Rusiya təhlükəli H7N9 quş qripi virusunu tədqiq etmək üçün Çindən onun ştamını alıb. Rusiyalı ekspertlər virusu genetik cəhətdən araşdırmağı planlaşdırıb. Eyni zamanda, virus üçün peyvənd də yaradılacaq.

Qeyd edək ki, Çində H7N9 quş qripi virusuna 130 nəfər yoluxub və 30-dan çox insan bu virusdan həlak olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti