BMT Şimali Koreyaya sanksiya tətbiq edəcək

BMT Şimali Koreyaya sanksiya tətbiq edəcək
  15 May 2013    Oxunub:1265
BMT-nin ekspert qrupu sanksiyaların 3 hüquqi şəxsə və 12 sahibkara tətbiq edilməsində israrlıdır.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, BMT-nin ekspert qrupu qurumun Təhlükəsizlik Şurasına Şimali Koreyanın hüquqi şəxslərinə qarşı sanksiya tətbiq etməyi məsləhət görüb. Ekspert qrupunun hesabatında bildirilir ki, Şimali Koreyadan olan 3 hüquqi şəxs və 12 sahibkar bu ölkənin nüvə proqramının inkişafına yardım edir. Buna görə də, onlara qarşı maliyyə və digər sanksiyaların tətbiqi zəruridir. Şimali Koreya isə öz növbəsində cənub qonşusunu təxribatda ittiham edib. Pxenyan Cənubi Koreya prezidenti Pak Xın Kenin hazırkı böhran vəziyyətində ABŞ-a səfərini təhrikçilik adlandırıb. Bildirilib ki, Seul indiki durumun fərqində deyil və düşüncəsiz qərarlar verir.

AzVision.az


Teqlər:





Xəbər lenti