Depardye Çeçenistan prezidenti rolunda

Depardye Çeçenistan prezidenti rolunda
  16 May 2013    Oxunub:3347
Rusiya vətəndaşlığını almış məşhur fransız aktyoru Jerar Depardye Çeçenistan prezidenti rolunda çəkiləcək.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, Depardye Çeçenistan Respublikasında iki bədii filmə çəkiləcək. Birinci film Moskva və Qroznıda çəkiləcək “Firuzə” kriminal trilleridir. Bu filmdə aktyor ingiltərəli aktrisa Elizabet Herli ilə birgə çəkiləcək və qanqster rolunu ifa edəcək.

İkinci film “Ata ürəyi”dir. Bu filmdə Depardye hazırkı Çeçenistan prezidenti Ramzan Kadırovun atası Əhməd Kadırovu canlandıracaq.



Çeçenistanın birinci prezidenti Əhməd Kadırov 2004-cü ilin mayın 9-da Qroznı stadionunda terror aktı nəticəsində ölüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti