Obama çıxılmaz vəziyyətdə

Obama çıxılmaz vəziyyətdə
  16 May 2013    Oxunub:1250
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama çıxılmaz vəziyyətlə üzləşib.
AzVision.az Reuters agentliyinə istinadən xəbər verir ki, buna səbəb Ağ Ev rəhbərinin seçki qabağı kampaniyası ilə bağlı yayılan xəbərlərdir. Məlum olub ki, ölkənin daxili gəlir agentliyi rəqib Respublikaçıların əlində olan bütün təşkilat və müəssisələrdə qeyri-qanuni yoxlamalar aparıb.

Xəbərin yayılmasından sonra media qarşısına çıxan prezident Barak Obama, qurumun direktor əvəzi Stiven Millerin vəzifəsindən azad edildiyini bildirib.

Bir daha belə bir qalmaqalın yaşanmaması üçün əlindən gələni əsirgəməyəcəyini deyən dövlət başçısı agentliyin etibarını artırmaq üçün Konqresslə birgə əməkdaşlıq edəcəyini gizlətməyib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti