Ramzan Kadırov “İnstagram”dan çıxır

Ramzan Kadırov “İnstagram”dan çıxır
  17 May 2013    Oxunub:1350
Çeçenistan prezidenti İnstagramdakı hesabını bağlayır.
Çeçenistan prezidenti Ramzan Kadırov İnstagram hesabını bağlamaq qərarına gəlib. Bu barədə o, öz fotoxidmət səhifəsində yazıb.

Kadırov “öz abonentlərini başa düşmədiyini “ bildirib. “ Həm deyirsiniz ki, korrupsiya ilə mübarizə aparmaq, rüşvət alanları cəzalandırmaq lazımdır, həm də bu istiqamətdə atılan real addımları görəndə, vəzifəli şəxslərin qeyri –qanuni əməllərini aşkar edən adamı asıb-kəsməyə başlayırsınız”-deyə Çeçenistan prezidenti yazır.

Çeçen liderinin fikrincə, ona gələn şərhlər “cəfəngiyyatdan başqa bir şey deyil”. “Ona görə də yaxşısı budur ki, instaqram bağlayım, bu və ya digər problemlərin həllini sizsiz çözüm”-deyə Kadırov bildirib.

Qeyd edək ki, Kadırovun İnstagramı kifayət qədər məşhurdur. Onun təqribən 135 mindən çox abonenti var, onların əksəriyyəti şərhlərdən çeçen prezidenti ilə əlaqə vasitəsi kimi istifadə edir.

Kadırov İnstagramında 684 foto yerləşdirib.

Qeyd edək ki, 2013-cü ilin martında Kadırov Arbi Tamayev ictimaiyyətlə əlaqələr naziri təyin edib. Qroznoda yanan binanın yenidən bərpa olunması layihəsini də Çeçenistan sakinləri “İnstagram” da səsvermə yolu ilə seçiblər.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti