Nazirimiz kombayn sürdü

Nazirimiz kombayn sürdü
  17 May 2013    Oxunub:2189
Görüşdə 75 vətəndaşın müraciətinə baxılıb
Kənd təsərrüfatı naziri İsmət Abasov mayın 17-də “Aqrolizinq” ASC-nin Ucar rayonlararası təchizat bazasının inzibati binasında Ucar, Kürdəmir, Zərdab, Ağdaş və Göyçay rayonlarının sakinləri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş iştirakçıları ilə “Aqrolizinq” ASC-nin Ucar rayonlararası təchizat bazasının həyətində xaricdən gətirilmiş yeni 20 ədəd kombaynın təqdimatı olub. Bölgə fermerləri Finlandiyada istehsal olunmuş “Sampo” markalı taxılyığan kombaynın xərclərə qənaət etməklə yüksək məhsuldarlıqla işləməsindən razılıqlarını bildiriblər.
Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərinin ortaq problemi olduğunu qeyd edərək bunların həlli ilə bağlı aşağıdakı təkliflərini nazirin diqqətinə çatdırıblar:
-subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi və verilmə mexanizminin sadələşdirilməsi;
-süni mayalama ilə alınan buzov və balaqlara subsidiyaların verilməsi. Süni mayalama texniklərinin gördükləri işlərin nəticəsinə görə əlavə həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi;
-torpaqların şoranlaşmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə köməklik göstərilməsi;
-taxıl biçini zamanı biçinə gec başlayan rayonların kombaynları hesabına taxıl biçininin təşkili (aqrolizinq xətti ilə)
-kənd təsərrüfatı işçiləri üçün Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin şərtlərinin sadələşdirilməsi. Kənd təsərrüfatı məhsulları istehsalçılarını kreditləşdirən ixtisaslaşdırılmış aqrar bankının yaradılması;
-çəltik üyüdən mini dəyirmanın lizinqə verilməsi;
-mal-qaranın otarılması üçün İsmayıllı rayonunda Dövlət Torpaq Fondundan əlavə yaylaq sahəsinin ayrılması;
-mineral gübrələrin qiymətlərinin 30-40% aşağı salınması. Mineral gübrələrin istehsalçılara “Aqrolizinq” ASC-i tərəfindən bilavasitə əkin sahəsində verilməsi;
-bələdiyyələrdə azyararlı torpaqlarda öz vəsaitləri hasabına yaxşılaşdırıb əkən istehsalçılara subsidiyaların verilməsi;
-fiziki şəxslər üşün kənd təsərrüfatı texnikasının ilkin ödəniş olmadan uzun müddətli lizinqlə verilməsi;
-Zərdab rayonu ərazisində yun emalı sexinin tikilməsinə köməklik göstərilməsi;
-Ağdaş rayonunda taxıl sahələrinin genişləndirilməsini, əkin sahələrinin artırılmasını nəzərə alaraq rayonda fəaliyyət göstərən “Aqrolizinq” ASC-nin Ağdaş Aqroservis filialına 4 ədəd taxılbiçən kombayn verilməsinə köməklik göstərilməsi;
-Kənd yerlərinin kompleks İnkişaf Layihəsi çərçivəsində torpaqların münbitliyinin və suvarılan torpaq sahələrinin artırılması, Sudan İstifadə Edənlər Birliyinin(SİEB) maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görüləcək işlərin sürətlənməsinə köməklik göstərilməsi.
Görüşdə kənd təsərrüfatı naziri ilə birlikdə nazirliyin idarə və təşkilatlarının, tabeli qurumların rəhbərləri iştirak ediblər. Bölgə rayonlarından olan 75 vətəndaşın müraciətlərinə baxılıb. Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib, müraciətlərin bir hissəsi isə yerindəcə həllini tapıb.
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti