Nazirlik ağac kəsən şəxsi 8400 manat cərimələdi

Nazirlik ağac kəsən şəxsi 8400 manat cərimələdi
  17 May 2013    Oxunub:1432
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Sumqayıt şəhərində qarağac ağaclarının kəsilməsi ilə əlaqədar araşdırma aparıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ETSN-ə Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsi, "Sumqayıt" şadlıq evinin yanında qarağac ağaclarının kəsilməsi ilə bağlı siqnal daxil olub.

Bunun əsasında nazirliyin Sumqayıt Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.

Araşdırma zamanı sözügedən ərazidə yaşköküstə diametri 32-36 sm olan 7 ədəd qarağac ağacının 1.5-2 metr hündürlüyündən qanunsuz budanması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsinə əsasən, qanunu pozmuş Rzayev Telman Bəylər oğluna akt və protokol tərtib edilərək fiziki şəxs qismində 8400 manat məbləğində cərimə tətbiq olunub.


Teqlər:  





Xəbər lenti