Fransa İrana qarşı çıxdı

Fransa İrana qarşı çıxdı
  18 May 2013    Oxunub:1381
Fransa İranın Suriya ilə bağlı danışıqlarda iştirak etməsinə qarşı çıxıb.
Fransa İranın Suriya münaqişəsinə həsr edilmiş beynəlxalq konfransda iştirakının əleyhinə çıxış edib.

Fransanın xarici işlər naziri bildirib ki, regionda stabilliyə təhlükə yaradan bir ölkə ilə danışıqlar masası arxasında stabilliyi müzakirə etmək qeyri-mümkündür.

İranın iştirakı məsələsini Rusiya tərəfi BMT-nin baş katibi Ban Ki-munla danışıqlar zamanı irəli sürüb. Baş katib və xarici işlər naziri Serqey Lavrov Suriya problemləri üzrə konfransı ən tez bir vaxtda çağırmaq barədə razılığa gəliblər.
Ban Ki-mun Rusiya prezidenti Vladimir Putinlə də görüşüb.

BMT-nin məlumatına görə Suriya qaçqınlarının rəsmi sayı yarım milyona çatıb. Real rəqəmlərin isə daha çox olduğu bildirilir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti