Putin homoseksuallardan qorxur

Putin homoseksuallardan qorxur
  18 May 2013    Oxunub:1419
Robin Qud gey olduğu üçün meşədə yaşayıb – ingiltərəli alimlər çoxsaylı əfsanə və balladalar əsasında Robin Qudun tarixi obrazını bərpa ediblər. Tədqiqatlara görə, Robin Qud dövrünün adətləri ilə mübarizə aparan, təbiəti sevən və müdafiə edən qiyamçılarından biri olsa da, o gey olub.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, Berlin universitetinin əməkdaşı ingiltərəli filoloq Endryu Ceyms Conston, əfsanəvi Robin Qudu kəşf etdiyini və onun real şəxsiyyət olduğuna əmin olduğunu bildirib.

Son filoloji tədqiqatların nəticələrinə görə, o dövrünün adət-ənənələrilə mübarizə aparan qiyamçı olub. Yüzilliklər boyunca o ədalət, azadlıq və kasıbların hüquqlarının müdafiəsi üçün qaçaq mübarizəsinin simvoluna çevrilib.

“Robin Qud meşədə yaşayırdı, çünki o və dostları təbiətin vurğunu olmuş və coşqun şəhər həyatına nifrət etmişlər” - tədqiqatçılar söyləyiblər.

“Çox güman ki, o dostları kimi gey olub: beləcə onlar bəşəriyyətin min illik tarixi boyunca mövcud olan homoseksualların təqiblərindən qurtarmağa çalışıblar. Onlar öz utopik cəmiyyətlərini maliyyələşdirmək üçün isə oğurluq ediblər, kasıblara isə heç vaxt toxunmayıblar.” – alim əlavə edib.

“Robin Qud - real insandır. O, lider idi, amma diktator kimi öz dostlarına heç vaxt əmr etmirdi. Şervud meşəsi isə onlar üçün mükəmməl yer idi – alim izah edib. Nottinqamın zalım şerifinə qarşı mübarizədə quldurlara qoşulan gözəl Med Marion sonra Robinə ərə gedir. Amma bu personaj ballada və əfsanələrdə sonra meydana çıxıb. Ehtimala görə, bu, gey-qəhrəmanı müdafiə etmək üçün sonradan əlavə edilib. Homofobiya - antisemitizm və irqçilik kimi dəhşətli Avropa xəstəliyidir.”

“Əgər Robin Qud indiki dövrdə meydana çıxsaydı, o, Putin, Lukaşenko, Viktor Orban kimi zalım avtokrat-homofoblara qarşı mübarizədə qəhrəmana çevrilərdi” – İtaliyanın məşhur La Repubblica qəzeti yazır.

Leyla Cavadova
AzVision.az



Teqlər:  





Xəbər lenti