Azərbaycan dilindən imtahan keçirilir

Azərbaycan dilindən imtahan keçirilir
  19 May 2013    Oxunub:1498
Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirilir.

AzVision.az-ın verdiyi xəbərə görə, imtahanda iştirakı nəzərdə tutulan 8407 abituriyentdən 3611 nəfəri oğlan, 4796 nəfəri qızdır. 5779 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 2628 nəfər isə əvvəlki illərin məzunlarıdır. 22 abituriyent ali təhsil müəssisələrinin məzunları, 281 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır. Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1998-ci il təvəllüdlüdir. İmtahanın idarə olunması üçün 61 imtahan rəhbəri, 670 nəzarətçi müəllim ayrılıb. Bakı şəhərində 5363 , Naxçıvanda 36 , Gəncədə 944, Sumqayıtda 539, Şəkidə 371, Ağcabədidə 98, Göyçayda 268, Şirvanda 177, Lənkəranda 141, Qubada isə 470 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub. İmtahan Bakı şəhərində 9 , Naxçıvanda 1 , Gəncədə 2, Sumqayıtda 1, Şəkidə 1, Ağcabədidə 1, Göyçayda 1, Şirvanda 1, Lənkəranda 1, Qubada isə 2 binada keçirilir.

Bu gün keçirilən “Azərbaycan dili” fənni üzrə imtahanda “Elektron ərizə”lərini 10 may saat 12:00-a kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edirlər. “Elektron ərizə”lərini 10 may tarixindən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənni üzrə iyunun 23-də keçiriləcək növbəti imtahanda iştirak edəcəklər. İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir.

Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Bu gün keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 23-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti