İran,Türkiyə və Misir razılığa gəldilər

İran,Türkiyə və Misir razılığa gəldilər
  19 May 2013    Oxunub:1422
İran,Türkiyə və Misir mühüm iqtisadi qurumun yaradılması məsələsində razılığa gəliblər.
Misir və Türkiyə İranın "Neft-Kimya İstehsalçıları ölkələrin Birliyi" nın yaradılması təklifini müsbət qarşılayıblar.

Press TV-nin verdiyi məlumata görə, bu barədə İranın Neft Nazirinin müavini Əbdulhüseyn Bəyat açıqlama verib. Nazir müavini bildirib ki, İran mövzu ilə bağlı müsəlman ölkələrlə danışıqlar aparıb və Yaxın Şərqin ən böyük neft-kimya istehsalçıları olan Türkiyə və Misir bu mövzuda verilən təklifə müsbət cavab veriblər.

Ə.Bəyatın sözlərinə görə, gələcək görüşlərdə sözügedən beynəlxalq birliyin nizamnaməsinin hazırlanması barəsində danışıqlar aparılacaq və digər mərhələdə birliyin katibliyi müəyyən ediləcək. O hənçinin deyib ki, artıq Misir, İran və Türkiyənin iştirakı ilə neft-kimya “OPEK” i təsis edilmiş kimidir, Qətər və Səudiyyə Ərəbistanı kimi ölkələr də danışıqlara qatıla bilərlər.


Teqlər:





Xəbər lenti