Fond: “Pensiya xərcləri artıb”

Fond: “Pensiya xərcləri artıb”
  20 May 2013    Oxunub:1465
Yanvar-aprel aylarında əhaliyə 18,7 mln. manat məbləğində müavinət ödənilib
AzVision. az xəbər veriri ki, 2013-cü ilin yanvar-aprel aylarında DSMF-yə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 5,1 faiz artıq olub

İlkin məlumatlara əsasən, 2013-cü ilin yanvar-aprel aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 874,6 mln. manat təşkil edib ki, bu da cari ilin proqnoz göstəricisindən 22,6 mln. manat və ya 2,7 faiz çoxdur.
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 22,7 mln. manat və ya 5,1 faiz yuxarı olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 13,9 faiz və ya 56,7 mln. manat artaraq 463,8 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,8 faizi və ya 295,9 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 54,8 mln. manat və ya 22,7 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 21,1 faiz və ya 51,5 mln. manat yuxarı olmuşdur. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 50,9 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 85,4 faiz artıb.
2013-cü ilin yanvar-aprel aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 167,9 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz və ya 5,1 mln. manat artıb.
Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. 2013-cü ilin yanvar-aprel aylarında Fondun xərcləri 821,9 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 808,1 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 39,1 mln. manat və ya 5,1 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 5 faiz və ya 37,7 mln. manat artaraq 789,5 mln. manat təşkil edib.
2013-cü ilin yanvar-aprel aylarında əhaliyə 18,7 mln. manat məbləğində müavinət ödənilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti