“Eurovision-2013”-ün qalibi tamaşaçıları aldatdı

“Eurovision-2013”-ün qalibi tamaşaçıları aldatdı
  20 May 2013    Oxunub:1313
“Eurovision-2013”-ün qalibi danimarkalı Emili de Forest müsabiqədə qalib gəlmək üçün yalan danışıb.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, “Eurovision-2013” müsabiqəsinin qalibi Emili de Forest müsabiqədə qələbə qazanmaq üçün tamaşaçıları aldadıb.

Müsabiqədən əvvəl Emili de Forest bildirmişdi ki, o Britaniya kraliçası Viktoriya ilə VII Eduardın kötücəsidir. “Bu fakt mənim ailə üzvlərim arasında sirr deyil” – gənc müğənni müsahibələrinin birində söyləmişdi.

Qələbədən sonra məlum olub ki, onun ailəsinin kral nəsli ilə əlaqəsi yoxdur. Bundan sonra Emili de Forest yalan danışmaqda ittiham olunub. Gənc ifaçı isə utanmadan, bunun yalnız uğurlu piyar üsulu olduğunu söyləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti