Yerevana yol bağlandı

Yerevana yol bağlandı
  20 May 2013    Oxunub:1305
Ermənistanı etirazlar bürüyüb
Ermənistanda etirazlarla bağlı gərginlik yaşanır. Bir tərəfdən “Tonus Konstrakşn” tikinti firması tərəfindən aldadılan sakinlərin etirazı digər tərəfdən isə digər tərəfdən isə Armavir vilayətinin fermerlərinin etirazı Ermənistan hökumətinin rahatlığını pozub. Qazın qiymətinin azaldılmasını tələb edən ermənilər isə hələlik gözləmə mövqeyindədirlər, lakin tələbləri yerinə yetirilməyincə etiraz aksiyalarını hər an başlamağa hazır olduqlarını bildirirlər.

Onlarla erməni maliyyə nazirliyinin qarşısına toplaşıblar.”Evlərimizi qaytarın!” süarları səsləndirən aksiyaçılar nazir David Sərkisyan onlarla görüşə gəlməyincə aksiyaya son qoymayacaqlarını bildiriblər.

Qeyd edək ki, sözügedən mənzilləri alan “Tonus” onların haqqını ödəyə bilmədiyinə görə “Artsaxbank” həmin məzilləri şirkətin əlindən alıb. Olan isə sakinlərə olub.

Məhsullları güclü dolu nəticəsində məhv olmuş Armavir fermerləri isə Yerevana gedən yolu bağlayıblar. Onlar isə prezident Serj Sərkisyan və baş nazir Tiqran Sərkisyan gəlməyincə yolu açmayacaqlarını bildirilər. AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, vilayətin demək olar ki, bütün kəndləri etirazlara qoşulub.

Xatırladaq ki, bir müddət əvvəl Armavirin 10 kəndinin sakinləri Armavir-Yerevan Yolunu bağlamışdılar. Tələbləri yerinə yetirilmədiyinə görə fermerlər yenidən etiraz nümayişlərinə başlayıblar.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti