Pasportlar 1 günə veriləcək

Pasportlar 1 günə veriləcək
  20 May 2013    Oxunub:1527
Prezident İlham Əliyev pasportların verilməsi müddətləri ilə bağlı “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişiklikləri təsdiq edib.

Dəyişikliklərə əsasən, ümumvətəndaş pasportunun vətəndaş müraciət etdikdən sonra on iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda isə iki iş günü müddətində verilməsi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda isə vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq beş və ya bir iş günü müddətində verilməsi müəyyən edilib.

Yəni ümumvətəndaş pasportu 30 günə verilirdisə, dəyişikliyə əsasən maksimum 10 günə verilməlidir. Rüsum haqqında qanunda müəyyən edilən məbləğ ödədikdə 5 günə, hətta 1 günə də pasport almaq mümkün olacaq.

Qanunda edilən bu dəyşiklik 1 sentyabr 2013-cü il tarixdən qüvvəyə minəcək.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanununa əsasən, ümumvətəndaş pasportlarının on iş günü müddətində, beş iş günü müddətində və bir iş günü müddətində verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumunun məbləğləri aşağıdakı kimi müəyyən edilib:



AzVsion.az


Teqlər:  





Xəbər lenti