Türkiyə ilə Rusiyanın birgə müdafiəsi

Türkiyə ilə Rusiyanın birgə müdafiəsi
  21 May 2013    Oxunub:1554
"Rusiya Türkiyə ilə birlikdə S-300 raket müdafiə sistemləri istehsal edə bilər"
Belə bir bəyanatla Rusiyanın Dövlət Silah Şirkətinin sədri Sergey Ladıgin çıxış edib. Perunun paytaxtı Limada silah sərgisində iştirak edən Ladıgin bildirib ki, bu müdafiə sistemlərinin təkmilləşdirilməsi məsələsi gündəmdədir.

Bunun üçün elan olunan tenderdə türk şirkətlərinin təklifləri digərlərindən daha cəlbedici görünür. Onun sözlərinə görə, hazırda hökumət iki ölkə mütəxəssislərinin ortaq işləyib hazırlayacağı layihəni müzakirə edir. Ladıgin eyni zamanda işbirliyi baş tutarsa sistemlərin 3-cü ölkəyə də satıla biləcəyini istisna etməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti