Obama söz verdi

Obama söz verdi
  22 May 2013    Oxunub:1442
"Amerika Birləşmiş Ştatları hökuməti qasırğa nəticəsində zərər çəkmiş insanları tək qoymayacaq”.
Tornadodan zərər çəkənlərə lazım olan hər bir yardım göstəriləcək. AzVision.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama belə bir bəyanatla çıxış edib. Obama bildirib ki, Oklahama ştatında baş verən qasırğa Birləşmiş Ştatlar tarixinin ən dağıdıcı fəlakətlərindən biridir.

O söz verib ki, təbii fəlakət nəticəsində evlərini itirmiş hər kəsə təcili yardım göstəriləcək. Onlar müvəqqəti olaraq təhlükəsiz ərazilərdə yerləşdiriləcəklər. Daha sonra mənzillərlə təmin olunacaqlar.

"Ağ ev" rəhbəri qeyd edib ki, təbii fəlakət nəticəsində ölkəyə dəymiş ziyanın həcmi hələ dəqiqləşdirilməyib. Bu sahədə işlər həyata keçirilir. Ən son məlumatlara görə, təbii fəlakət Oklahomada 24 nəfərin, o cümlədən 9 uşağın həyatına son qoyub. Ötən gün yayılan qeyri rəsmi məlumatlarda isə ölü sayının 100 -ə yaxın olduğu bildirilirdi.

Oklahoma-Sitinin tibb mərkəzinin rəhbərliyi bildirir ki, təbii fəlakət zonasındakı təşviş şəraitində faciə qurbanlarının sayı 2, hətta 3 qat artıq hesablanıb.

Ən güclü ziyan Oklahoma-Sitinin yaxınlığında yerləşən Mur şəhərciyinə dəyib. Burda küləyin sürəti saatda 320 kilometrə çatıb. Tornadonun diametri isə 3 kilometrə bərabər olub.

Mur sakinləri susuz və elekktrik enerjisiz qalıb. Binaların əksəriyyəti dağılıb. Zəlzələ təsiri bağışlayan bu dağıntılar arasında çoxlu sayda məktəb də var. Hazırda xilasetmə işləri davam edir. Ötən gecə dağıntılar altından 100-dən artıq insanı xilas etmək mümkün olub.





AzVision.az


Teqlər:  





Xəbər lenti