İran və Livan Bəşər Əsədi dəstəkləyir

İran və Livan Bəşər Əsədi dəstəkləyir
  23 May 2013    Oxunub:1904
Böyük Britaniyanın xarici işlər naziri Vilyam Heyq bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Livan və İrandan yardım alır.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, İran və Livanın “Hizbullah” şiə qrupu Bəşər Əsədi vətəndaş müharibəsində dəstəkləyir.

İordaniyanın paytaxtında keçirilməsi planlaşdırılan “Suriyanın dostları” görüşü barəsində danışan Heyq söyləyib ki, Britaniya yaxın vaxtlarda Suriya münaqişəsinin dayandırılması üzrə sülh konfransının tarixinin təyin edilməsi üçün əlindən gələni edəcək.

Daha əvvəl bildirilirdi ki, Suriya məsələsi üzrə keçiriləcək konfransda İran da iştirak etməyə hazırlaşır. İranın xarici işlər nazirinin müavini Abbas Arakçı bildirib ki, Suriya hadisələrinə təsir etmək üçün bütün ölkələrin iştirak etməsi Cenevrə konfransında müəyyən nəticə əldə olunacağına inam yaradır.

Qeyd edək ki, Suriya münaqişəsinin həll edilməsi istiqamətində keçirilən əvvəlki Cenevrə konfransı 2012-ci ilin iyununda baş tutmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti