Saakaşvilinin sağ əli həbs olundu

Saakaşvilinin sağ əli həbs olundu
  23 May 2013    Oxunub:1412
Kutaisi şəhər məhkəməsi Gürcüstanın sabiq baş naziri, “Vahid Milli Hərəkat” partiyasının liderlərindən Vano Merabişvili haqqında həbs qəti-imkan qərarını verib.
Gürcüstan KİV-nin məlumatına görə, eks nazir korrupsion cinayətlərdə, partiya üzvlərinə saxta iş yerləri yaratmaqda, Gürcüstan Daxili İşlər Nazirliyinin büdcəsini mənimsəməkdə və bir sıra başqa cinayətlərdə ittiham edilir.

Vəkilinin sözlərinə görə, mayın 21-də saxlanılan Merabişvili özünü günahkar hesab etmir.

Qeyd edək ki, Merabişvili prezident Saakaşvilinin ən yaxın tərəfdaşlarındandır. 2004-cü ildən Daxili işlər naziri vəzifəsində çalışıb, bundan əlavə isə Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti