Müxalifətçilərin Facebook-a girişi bağlandı

Müxalifətçilərin Facebook-a girişi bağlandı
  23 May 2013    Oxunub:1238
Müxaliflər söz azadlıqlarının tapdalandığından gileylənirlər
Facebook sosial şəbəkəsində Suriya müxalifətinin bir neçə səhifəsinə giriş qadağan edib. Bu barədə AzVision.az “Əl-Ərəbiyyə” telekanalına istinadən məlumat verir. Məlumata görə müxalif fəallar qadağalara görə Facebook rəhbərlərini günahlandırır. Həmçinin iddia edirlər ki, səhifə sahiblərinə qadağa barədə heç bir xəbərdarlıq göndərməyiblər.

Bağlanmış səhifələrin arasında 10 minlərlə üzvü və izləyicisi olan “Firas Tlas” da var. Qeyd edək ki, bu səhifə Bəşər Əsədi, həm də müxalifəti müdafiə edir.

Amansızlıqla qətlə yetirilən 13 yaşlı uşağın xatirəsinə yaradılmış ”Hər birimiz, Həmzə əl-Xətib kimi şəhidik” səhifəsi də bağlanılıb. Bu səhifənin də minlərlə üzvü var.

Qeyd edək ki, səhifələrin xakerlər tərəfindən bağlanmadığı təsdiqlənib. Bunula əlaqələr müxalifətçilər bu kimi tədbirlərin onların söz azadlığı haqqndan məhrum etdiyini bildirirlər.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti