Lavrov Ermənistanı arxadan vurdu

Lavrov Ermənistanı arxadan vurdu
  23 May 2013    Oxunub:1482
Rusiya Ermənistana xəbərdarlıq edir.
Rusiya xarici işlər naziri Serqey Lavrovun mayın 21-də Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə Qarabağla bağlı stattus-kvonun qəbul edilməz olduğunu deməsi Ermənistanda ciddi narahtlığa səbəb olub.

“Status-kvo sözsüz ki, qəbuledilməzdir, özü də hər kəs, xüsusilə də Azərbaycan, Ermənistan və Dağlıq Qarabağda yaşayan ermənilər üçün. Mən bundan əminəm. Status-kvo təkcə Azərbaycan torpaqlarının geri qaytarılmaması məsələsinin həllini tapmaması deyil, həm də Ermənistanın mühasirədə qalması deməkdir. Bu baxımdan, heç kimi bu statusun qəbuledilməzliyinə inandırmağa ehtiyac da yoxdur”- deyə Lavrov bildirib.

“Rusiya XIN rəhbəri Serqey Lavrov faktiki olaraq Ermənistanın mühasirədə qalmasına haqq qazandırmasa da qanunauyğun hesab edir” – deyə “İrs” Partiyasının idarə heyətinin katibi Stepan Safaryan Lavrovun Dağlıq Qarabağla bağlı status-kvonun qəbuledilməz olduğu, “Azərbaycan torpaqlarının qaytarılması” və Ermənistanın mühasirədə olması ilə bağlı səsləndirdiyi bəyanatı şərh edərkən bildirib.

“Görün bunu kim deyir-Ermənistanın strateji tərəfdaşı və kollektiv təhükəsizlik razılaşması üzrə müttəfiqi olan bir ölkənin təmsilçisi ”-deyə müxalifətçi qəzəbini gizlədə bilməyib. O qeyd edib ki, Lavrovun bəyanatı ciddi narahatlığa zəmin yaradır, çünki xarici işlər nazirinin toxunduğu problemlər birbaşa Ermənistanın milli təhlükəsizliyi ilə bağlıdır.

“-Bir təkliflə Ermənistanın milli təhlükəsizliyinə iki zərbə vurmaq –bunu düşünmək lazımdır” –deyə Səfəryan Lavrovun verdiyi bəyanatla Ermənistanı arxadan vurduğuna diqqət çəkir.

Lavrovun bəyanatının Rusiyanın siyasi kursunu dəyişməsindən irəli gəlməsi birmənalı qarşılanmır. Bir tərəfdən qeyd olunur ki, status –kvo Kreml üçün əlverişlidir, digər tərəfdən isə bu siyasi bir manevr hesab edilir. Səfəryan bunu Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinin dərinləşməsi ilə əlaqələndirir:

“Daha dəqiq desək, bu Avropanın maraqları ilə bağlıdır, çünki, Avropa ilə əlaqələrin möhkəmlənməsini istəyən Ermənistan deyil, sadəcə olaraq rəsmi Yerevan Avropaya qarşı artan marağı təmin etməyə məcburdur. Moskva isə başa düşür ki region əlindən çıxa bilər”-deyə Səfəryan qeyd edir.

O əlavə edir ki, Ermənistanın Avropa İttifaqı ilə çoxtərəfli ticarət sazişi imzalanması gözlənilir. Moskva isə öz xəbərdarlıqları ilə bu prosesə mane olmaq və Ermənistanı qurumla əlaqələrini yenidən nəzərdən keçirməyə və Rusiyanın maraqlarına zidd hərəkət etməməyə çağırır.

Səfəryanın sözlərinə görə, Moskva faktiki olaraq bir neçə dəfə Ermənistana xəbərdarlıq göndərib. Bu xəbərdarlıq siyahısına Rusiyanın Ermənistana satdığı qazın tariflərini artırmasını da daxil etmək olar. “Rusiya-güclü hegemon dövlətdir və öz maraqlarının həyata keçirilməsini təkid edir. Günah zəifləmiş Ermənistan hökumətindədir ki, bu kimi xəbərdarlıqlara adekvat cavab vermir”-deyə Stepan Səfəryan vurğulayıb.

Səbinə Həsənova
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti