Kart sistemi bu avtobuslarda olacaq-AÇIQLAMA

Kart sistemi bu avtobuslarda olacaq-AÇIQLAMA
  24 May 2013    Oxunub:1601
“Çox gümanki kartların qiyməti 1 və ya 2 manat olacaq”.
“Bir çox avtobusda kart aparatları (validator) quraşdırılıb”. Bunu AzVisiona.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov deyib. N.Həsənov bildirib ki, daha bir neçə gün ərzində 400 yaxın avtobusa da kart sistemi quraşdırılacaq.

“Kart sistemi (validator) 500 avtobusda tam quraşdırıldıqdan sonra, ilk mərhələyə start veriləcək. Artıq bunun üçün kartlarda hazırlanır. Ən azı 500 minə yaxın kart lazımdır ki, insanlar arasında paylansın və biz bu sistemə keçə bilək. Kartların alışı ilk olaraq 5000 yaxın məntəqədə olacaq. Bunlar terminallar, avtobus dayanacaqları, metro çıxışları, köşklər və s. belə yerlər. Bu bir bank kartı məhsulu olacaq. Sərnişinlər bu kartlarda olan məbləğdən ərzaq mağazalarında və digər lazımi yerlərdə istifadə edə biləcək”.

Kartın qiymətinə gəlincə, nazirliyin sözçüsü bildirib ki, qiymət 1 və ya 2 manat olacaq.

“Hələki kartın qiyməti ilə bağlı müzakirə gedir. Bu baxımdan dəqiq qiymət qoyulmayıb. O barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Çox gümanki 1 və ya 2 manat olacaq”.

Həmçinin N.Həsənov qeyd edib ki, kart sistemi ilk olaraq Bakı şəhərinin mərkəzində fəaliyyət göstərən 29 marşurutu əhatə edəcək.

“Kart sisteminin ilk mərhələsi əsasən şəhərin mərkəzi hissələrində işləyən avtobuslarda olacaq. Hardasa 95, 65, 6, 14 və s. kimi avtobuslar olacaq. Bu sistem ikinci mərhələdə şəhərətrafı marşurutları əhatə edəcək”.

Anar





Teqlər:  





Xəbər lenti