Tələbə Kannı fəth etdi

Tələbə Kannı fəth etdi
  24 May 2013    Oxunub:1342
Kannda Sankt-Peterburqda doğulmuş Darya Belova qısametrajlı “Get oyna” filminə görə “Açılış” və “Tənqid həftəsi” mükafatına layiq görülüb.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, 30 yaşlı Darya Belova Berlində kino və telekomediya fakültəsi üzrə təhsil alır. Onun çəkdiyi film Alaniyadan bəhs edir. Sürrealistik maneraya malik “Get oyna” filmində Berlinin müharibə tarixi və hazırkı vəziyyəti təsvir olunub.

Filmə 15000 avro xərc çəkilib. Filmin festivalda nümayişindən sonra ona fransız prodüserlərindən təkliflər gəlib. Lakin Belova təəssüf edərək söyləyib ki, Rusiyada onu ancaq rus mənşəli rejissor kimi qəbul edirlər.

“Tənqid həftəsi”nin qalibi İtaliya rejissorları Fabio Qrassadonia və Antonio Pyassapour tərəfindən çəkilən “Salvo” filmi olub.

Qeyd edək ki, “Tənqid həftəsi” 1962-ci ildə yaradılıb və Kann festivalı ilə paralel keçirilir.

Beynəlxalq mətbuat Tunis əsilli fransız rejissoru Əbdüllətif Keşişin iki lesbiandan bəhs edən “Adelin həyatı” filmini “Qızıl palma budağı”na iddialı olduğunu bildirib.

Hazırda Fransada Kann festivalında filmlərin nümayişi davam edir. Müsabiqədə nümayiş olunacaq 20 filmdən 17-si artıq təqdim olunub. Festival mayın 26-ı bitəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti