ABŞ `Erməni yetimlərinin izi ilə` gedir

ABŞ `Erməni yetimlərinin izi ilə` gedir
  24 May 2013    Oxunub:1256
ABŞ-ın Ermənistandakı səfiri: Amerika Ermənilərin soyqırımı məsələsi üzrə siyasəti erməni və türk xalqlarının barışığına yönəldilib.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, ermənilərin soyqırımı məsələsində ABŞ-ın mövqeyi Ermənistan və Türkiyə arasında barışıq yaratmaqdır. Bu mövqeyin ifadəsi zamanı Amerika siyasətinə yaxın sözlərdən istifadə olunur. Bu barədə ABŞ-ın Ermənistandakı səfiri Con Heffern mayın 24-də “Erməni yetimlərinin izləri ilə” adlı şəkil sərgisinin mətbuat konfransda çıxışı zamanı bildirib.

“Ermənilərin soyqırımı ilə bağlı məsələdə bizim siyasətimiz prezidentimizin hər il apreldə 24-də müraciətində təqdim edilir. Müraciət çox dəqiqdir və onda birmənalı şəkildə faktlar qeyd edilir. Eyni zamanda sənəddə göstərilib ki, Osmanlı Türkiyəsinin mövcud olduğu son illərdə 1,5 milyon erməni öldürülmüş və deportasiyaya məruz qalmışdır. Bu isə 20-ci əsrin ən qəddar cinayətlərindən biridir” - diplomat əlavə edib.

Heffernin sözlərinə görə, ABŞ-ın siyasəti erməni və türk xalqları arasında barışığı təmin etməyə yönəlib. ABŞ prezidenti tərəfindən istifadə edilən sözlər məhz bu siyasətdən qaynaqlanır.

AzVision.az


Teqlər:  





Xəbər lenti