Şimali Koreya qapılarını açdı

Şimali Koreya qapılarını açdı
  24 May 2013    Oxunub:1269
Şimali Koreya Qərb turistlərinin ölkəyə gəlməsinə icazə verib.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, sərhəd şəhəri olan Sinıycu növbəti ay Qərb turistlərinin üzünə açılacaq.

KXDR rəsmiləri bildiriblər ki, turistlər üçün müəyyən günlər ayrılacaq və onlar üçün səfər gündəlik səfərlərdən ucuz başa gələcək.

Qeyd edək ki, bir günlük səfərin qiyməti 200-330 dollar arasında dəyişir.

Sinıycu şəhəri əvvəlcə Çin turistlərinin üzünə açılıb. Şimali Koreyaya Qərbdən ildə 4-5 min turist səyahət edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti