Əsəd qüvvələri müxalifəti sıxışdırır

Əsəd qüvvələri müxalifəti sıxışdırır
  25 May 2013    Oxunub:1238
Suriya ordusu Küseyr şəhərini tamamilə ələ keçirib
Suriya ordusu Livanla sərhəd yaxınlığında olan və Dəməşqlə Aralıq dənizini birləşdirən Küseyr şəhərini tamamilə ələ keçirib.
Bir neçə gün davam edən qızğın döyüşlərdən sonra müxaliflər şəhəri tərk etmək məcburiyyətində qalıb. Ümumiyyətlə, Suriya ordusunun əməliyyatları zamanı 150-yə qədər insan həlak olub, çoxlu sayda yaralı var. Müxalif qüvvələr isə Mileyha şəhərində İran istehsalı olan bir pilotsuz təyyarəni vurduqlarını bildiriblər.

Lakin İranın Xarici İşlər Nazirliyinin rəsmisi Abbas İrakçı qeyd edib ki, ölkəsi Suriyaya heç bir hərbi yardım göstərmir. Ölkədə qətliamların davam etdiyi bir vaxtda isə hökumət Cenevrədə keçiriləcək Beynəlxalq sülh konfransına qatılmaq tıklifini qəbul edib.

Xatırladaq ki, bu gün Dəməşq rəsmiləri Moskvada keçirilən görüşdə, sülh konfransında iştirak etməyə razılıq verib. Bu önəmli toplantıda Suriyanı Xarici İşlər nazirinin müavini Feysəl Məkdad təmsil edəcək.


Teqlər:  





Xəbər lenti