Keçmiş baş nazir azad edilmədi

Keçmiş baş nazir azad edilmədi
  26 May 2013    Oxunub:1308
Kaxeti qubernatoru, keçmiş əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Çiaberaşvilini isə 20 min lari girov müqabilində azad edilib.
Kutaisi Apelyasiya məhkəməsi Gürcüstanın keçmiş baş naziri, “Vahid Milli Hərəkat” Partiyasının baş katibi Vano Merabişvilinin vəkillərinin şikayətinin təmin etməyərək: onun barəsində həbs qərarını qüvvədə saxlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan öncə Kutaisi şəhər məhkəməsi Merabişvili barəsində istintaq müddətinə həbs qətimkan tədbiri seçib, Kaxeti qubernatoru, keçmiş əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Çiaberaşvilini isə 20 min lari (10 min AZN) girov müqabilində azad edib.

“Apelyasiya məhkəməsi Vano Merabişvilinin vəkillərinin şikayətinə baxaraq Kutaisi şəhər məhkəməsinin qərarını qüvvədə saxlayıb”, deyə məhkəmənin məlumatında bildirilir.

Qeyd edək ki, Merabişvili və Çiaberaşvili korrupsiya fəaliyyətində (Gürcüstan Cinayət Məcəlləsinin 164-1-ci maddəsi), xidməti səlahiyyətləri aşma (332-ci maddə) və dövlət vəsaitlərinin israfında ittiham olunur (182-ci maddə).

Xatırladaq ki, V. Merabişvili bir neçə gün əvvəl Kutaisi şəhərindəki Qərbi Gürcüstan Dairə Prokurorluğunda dindirildikdən sonra saxlanılıb. Vano Merabişvili ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.



Teqlər:





Xəbər lenti